Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti “Avroviziya”dan gileyləndi

Xalq artisti “Avroviziya”dan gileyləndi

Tarix: 25 May 2021 18:15

"Yəqin ki, xaricilərin deyil, özümüzün qərar verməyimizin vaxtı çatıb. Bundan sonra mahnı, obraz və bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır".

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri "Avroviziya" mahnı müsabiqəsi haqda xalq artisti Tünzalə Ağayeva deyib. O Feysbuk statusunda bunları yazıb:

"Ümumiyyətlə Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini, səhnəsini, geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik. 

Dünya təcrübəsini, "Eurovision"un istiqaməti və sairi başa düşürəm.

Ötən günlərdə əldə etdiyimiz nəticə bizə bir siqnal oldu ki,  istiqaməti dəyişməliyik.

Biz tükənməmişik, sabaha çox güclü, enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, kimsədən əskik olmayan, daha da üstün potensialımızı göstərək".

Milli.Az


Etiketlər:  Xalq artisti Avroviziyadan gileyləndi


RƏYLƏR