Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 15:32
Bu il "Formula-1" üzrə Azərbaycan Qran-prisi tamaşaçısız keçiriləcəyi üçün dənizkənarı bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.
Sonxeber.net bildirir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə məlumatında bildirilir.
Məlumatda əhaliyə müraciət edilərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur: "Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda hərəkətin maneəsiz təşkili eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.
31 may səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması da əhalinin ictimai nəqliyyat imkanlarının artırılması baxımından olduqca əhəmiyyətlidir.
Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik".
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 4-6-da keçiriləcək.