Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda neft-kimya zavodunda partlayış - 2 ölü, 1 yaralı

İranda neft-kimya zavodunda partlayış - 2 ölü, 1 yaralı

Tarix: 26 May 2021 17:14

İranın Buşer ostanının Əsəluyə şəhərində yerləşən neft-kimya zavodunda partlayış baş verib. Nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış zavodun oksigen nəql olunan boru kəmərində baş verib. Partlayışdan sonra zavodda yanğın olub.

Yanğının söndürüldüyü və hadisə yerində araşdırma başladıldığı bildirilib.

Qeyd edək ki, son vaxtlar İranın sənaye müəssisələrində müntəzəm olaraq analoji qəzalar baş verir. Mayın 23-də İranın mərkəzi hissəsindəki İsfahan əyalətindəki bir kimyəvi zavodda baş verən partlayış nəticəsində 9 nəfər yaralanmışdı.

Milli.Az


Etiketlər:  İranda neft kimya zavodunda partlayış ölü yaralı


RƏYLƏR