Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranla Azərbaycan regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək - Həsən Ruhani

İranla Azərbaycan regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək - Həsən Ruhani

Tarix: 26 May 2021 20:39

Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda yazıb.

İranın dövlət başçısı bildirib: "Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək".

Milli.Az


Etiketlər:  İranla Azərbaycan regional sülh sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək Həsən Ruhani


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ