Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbova bu gün heç-heçə də kifayət edəcək

Teymur Rəcəbova bu gün heç-heçə də kifayət edəcək

Tarix: 27 May 2021 11:12

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Milli.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirəcək.

İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterə yarımfinala adlaması üçün heç-heçə də kifayət edəcək. Amma qarşılaşmaların ardından hesab bərabərləşsə, tay-brek oynanılacaq.

1/4 finalın cavab qarşılaşmaları

Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)

Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)

Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb.

Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb. 28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbova bu gün heç heçə kifayət edəcək


RƏYLƏR