Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda 30-a yaxın ağac kəsilib - VİDEO

Sumqayıtda 30-a yaxın ağac kəsilib - VİDEO

Tarix: 27 May 2021 11:18

Sumqayıtda 30-a yaxın sağlam ağac dibindən kəsilərək ərazidən aparılıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,hadisə Sumqayıtda yerləşən ''Heydər Parkı''nın yaxınlığında baş verib.

Araşdırma zamanı məlum olub ki, kəsilən ağacların çoxu "Turanqa" növündəndir və hamısı tam sağlam olub. Ağacları kimin kəsdiyini aydınlaşdırmaq üçün 4 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə üz tutduq. İdarədən ''Xəzər Xəbər''ə bildirildi ki, məsələdən xəbərdardırlar və bu ağacların kəsilməsi ilə bağlı heç bir rəy verməyiblər. Ancaq məlumat daxil olan kimi dərhal hadisə yerinə baxış keçirilib və müvafiq akt tərtib olunub.

İdarədən o da qeyd olundu ki, ağaclar icazə alınmadan Sumqayıt Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən şəhərdə abadlıq işlərinin aparılması məqsədilə kəsilib. Göstəriş verildikdən sonra kəsilən bəzi ağacların yerində iynəyarpaqlı ağaclar əkilib. Mövqe öyrənmək üçün Sumqayıt Yaşıllaşdırma İdarəsinə getdik, amma iş vaxtı olmasına baxmayaraq idarədə heç kim olmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Sumqayıtda yaxın ağac kəsilib VİDEO


RƏYLƏR