Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 03:12
Hollivud ulduzu Bred Pittlə Ancelina Coli arasındakı övladlarına görə 5 ildir davam edən məhkəmə prosesi başa çatıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 57 yaşlı aktyor Coliyə qalib gəlib. Aktyorlar uşaqlar üzərində bərabər hüquq qazanıblar.
Bu duruma məmnun olduğunu deyən Pitt artıq uşaqları ilə çox vaxt keçirəcəyi üçün sevindiyini söyləyib. Bundan sonra Coli və Bred uşaqlarla bağlı qərarları birlikdə verməli olacaqlar. Hakimin qərarı ilə razılaşmayan Ancelina yenidən şikayət verəcəyini deyib. O, övladlarının Bredlə görüşməsini istəmir.
Qeyd edək ki, cütlüyün 6 övladı var. Onlardan üçünü aktyorlar övladlığa götürüb, digər üçü isə biolojidir.