Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bosforda gəmilərin hərəkəti bərpa edilib

Bosforda gəmilərin hərəkəti bərpa edilib

Tarix: 29 May 2021 08:30

Mayın 28-də İstanbul (Bosfor) Boğazında xam neft daşıyan tankerdə baş verən qəza ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayanıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Xorvatiya bayrağı altında üzən "Rava" adlı 249 metr uzunluqda olan tankerdə yaranan nasazlıq nəticəsində sürətə nəzarət itib.

"Qurtarma-8 Römorkör" və Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinə məxsus sürətli qurtarma qayığı hadisə yerinə yönəldilib. Tanker sahildən 300 metrədək məsafədə dayandırılıb.

Tanker ərazidən uzaqlaşdırıldıqdan sonra gəmilərin fəaliyyəti yerli vaxtla 22.00-da bərpa olunub.


Etiketlər:  Bosforda gəmilərin hərəkəti bərpa edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ