Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-dan yeni qərar

UEFA-dan yeni qərar

Tarix: 29 May 2021 08:54

UEFA Avrokuboklarda səfər qolu qaydasını tamamilə ləğv etmək qərarına gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Martin Ziqler məlumat yayıb. Qurumun bu gün keçirilən iclasında səfər qolu qaydasının tamamilə ləğv edilməsi qərara alınıb. Bildirilir ki, sözügedən fikir klublar tərəfindən də dəstəklənib.

Əvvəllər Avropanın aparıcı klubları yalnız hər iki matçın əsas vaxtında vurulan səfər qollarının  hesablanacağı konsepsiyasına sadiq qalaraq dəyişiklikləri rədd etmişdilər. İki görüşün sonunda əlavə vaxt təyin olunarsa, qonaq komanda səfərdə qalib gəlmək üstünlüyünə malik ola bilməz. İndi isə bu bəndin mütləq çıxarılması barədə razılıq əldə edilib.

Dəyişiklik UEFA İcraiyyə Komitəsinin iclasından sonra qüvvəyə minəcək.

Milli.Az


Etiketlər:  UEFA dan yeni qərar


RƏYLƏR