Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 09:38
Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində minlərlə oğullarımız canlarından keçdilər. Onlardan biri də Masallı rayon sakini Araz Seyfullayevdir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 2001-ci il mayın 28-də anadan olan Araz Seyfullayev 2019-cu ilin iyulunda hərbi xidmətə yollanıb.
Hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb. İlk günlərdən döyüşlərə qatılan qəhrəmanımızın döyüş yolu Murovdağdan başlayıb.
Şəhdimizin anası Günay Seyfullayeva deyir ki, Araz hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzularından bir olub. Ona görə də Araz hərbi xidmətdə olduğu dövrdə ancaq döyüş bölgəsində xidmət etmək istəyirdi. O, ötən il oktyabrın 8 də Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Yaşasaydı bu gün 20 yaşı olacaqdı.
Araz Seyfullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: