Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 23:58
Rusiyanın Novosibirsk şəhərinin yaxınlığında yol polisi əməkdaşının 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyərək qətlə yetirdiyi anların videosu yayılıb.
Sonxeber.net bildirir ki, Vəkil xəstəxanada komada olarkən keçinib: "Həkimlər susdular, sadəcə dedilər ki, axşam saat 17-də vəfat edib".
Hadisə mayın 28-də Sibir yolunda baş verib. Məlumatda o da qeyd edilir ki, "Toyota" markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman məhbusun 19 yaşlı bir tanışı ona müdaxilə etməyə başlayıb.
Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı "Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi ) və "Laqeydliklə ağır bədən xəsarəti yetirmə" ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb.
Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Rasim Sahib oğlu Babayev faciənin olduğu Moşkovoya gəlib.
O, Moşkova rayonu administrasiyasının rəhbəri və Novosibirsk Azərbaycanlı Gənclər İctimai Təşkilatının rəhbəri Tofiq Hüseynovla birlikdə Vakil Abdullayevin yerləşdiyi xəstəxanaya baş çəkib.
Rasim Babayev şəhərin informasiya portalına bildirib ki, bu hadisə azərbaycanlılarla yerli polislə qarşıdurmaya səbəb olmamalıdır.
"Vəkilin Moşkovoda olan qohumları ilə görüşdüm. Bəzilərini şəxsən tanıyıram. Mən onlarla danışdım, onları sakitləşdirdim, istintaqın gedişinin nəzarətdə olduğunu söylədim".
Azərbaycan diasporunun başçısı şəxsən Moşkovski vilayətinin polis idarəsinə də baş çəkib. O, vəziyyətin nəzarətdə olduğuna inanır. Polisin hərəkətlərinin qiymətləndirilməsinə gəlincə, Rasim Babayev məhkəmənin ədalətli qərar verəcəyinə inanır.