Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tamaşaçı: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir

Tamaşaçı: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir

Tarix: 27 Aprel 2019 15:08

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenası möhtəşəmdir.

Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçısı Sara Əliyeva deyib.

O bildirib ki, yarışlar çox maraqlı və gözəl keçir: "Milli Gimnastika Arenasına tez-tez gəlirəm, çünki əvvəllər özüm də gimnastika ilə məşğul olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası dərs demişəm, indi təqaüddəyəm. Amma yenə də yarışları böyük maraqla izləyirəm".

S.Əliyeva vurğulayıb ki, Milli Gimnastika Arenasının heyranıdır: "Televiziyada digər ölkələrdəki yarışları izləyərkən, onların gimnastika zallarına diqqət yetirirəm və öz arenamızla müqayisə edirəm. Deyə bilərəm ki, Milli Gimnastika Arenası ən yaxşısıdır".

Qeyd edək ki, 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tamaşaçı Bakı Milli Gimnastika Arenası möhtəşəmdir


RƏYLƏR