Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 13:38
Baş Prokurorluq həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlamasına münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək: "Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir".