Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 14:15
Rusiyanın Xalq artisti Filipp Kirkorovu fanatı məhkəməyə verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 71 yaşlı qadın bunun səbəbi kimi Kirkorovun konsertinin təxirə salınmasını göstərib. O bildirib ki, konsertə gedə bilmədiyi üçün mənəvi olaraq sarsılıb.
Qadın Filippdən əvvəlcə 45 min (təxminən 1040 manat), daha sonra isə 100 min rubl (təxminən 2300 manat) təzminat istəyib. Kirkorovun vəkili Aleksandr Dobrovinski bunla bağlı mediaya açıqlama yayıb. Vəkil məhkəmənin iddianı qəbul etmədiyini söyləyib:
"Ruh halını bərpa etmək üçün təxminən 100 min rubl xərclədiyini hesab edir. Bu pulu Filipp Kirkorovdan almaq istədi, amma uduzdu. Məhkəmə başqa bir qərar verdi. Görünür pensiyaçı qadın qısa yolla varlanmaq istəyib".