Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə bağlı işlər yekunlaşıb - FOTO

Bakıda 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə bağlı işlər yekunlaşıb - FOTO

Tarix: 1 Iyun 2021 02:30

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra işıqforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin dördtərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, bu çərçivədə daha 6 yol kəsişməsində işlər icra edilib və ümumilikdə 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb.

Nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb, müvafiq yol nişanlanma xətləri çəkilib, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Etiketlər:  Bakıda məntəqədə dördtərəfli piyada keçidləri ilə bağlı işlər yekunlaşıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ