Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 08:14
Amerika kubokuna ev sahibliyi edəcək ölkə dəyişdirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) "Tvitter" səhifəsi məlumat yayıb. Argentina mövcud şərtlər səbəbindən turnirə ev sahibliyi etmək hüququndan məhrum edilib, lakin dəqiq səbəb göstərilməyib. Hazırda ölkədə koronavirus yayılmaqda davam edir.
Turnirin Braziliyada keçiriləcəyi bildirilib.
Bundan əvvəl Kolumbiya turnirə ev sahibliyi etmək hüququndan məhrum edilmişdi. Səbəb ölkədəki siyasi qarışıqlıq və mənfi epidemioloji mənzərə idi.
Qeyd edək ki, Amerika kuboku 13 iyun - 10 iyul tarixlərində keçiriləcək.