Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ter-Petrosyan Paşinyanla debatdan imtina etdi

Ter-Petrosyan Paşinyanla debatdan imtina etdi

Tarix: 1 Iyun 2021 14:30

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla ictimai debatdan imtina edib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan "Facebook" hesabında yazıb.

Bundan əvvəl, Paşinyan Ter-Petrosyana və ikinci prezident Robert Koçaryana parlament seçkilərindən iki gün öncə - 18 iyun tarixində İctimai TV-nin efirində Qarabağ mövzusunda debat keçirməyi təklif edib.

Musinyana görə, Ter-Petrosyanın ölkəni milli fəlakətə çatdıran şəxslə danışacağı heç nə yoxdur.

Qeyd edək ki, Paşinyanın təklifinə Koçaryan tərəfindən hələ rəsmi cavab verilməyib.


Etiketlər:  Petrosyan Paşinyanla debatdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ