Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 13:40
Türkiyənin məşhur simaları ölkədə tətbiq edilən sərt karantin rejiminə etiraz edirlər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış müğənnilər sosial şəbəkələrdə kampaniyaya başlayaraq hökumətin musiqiçiləri diqqətsiz qoyduğunu, konsert zallarının tezliklə açılmasını tələb edirlər.
Seda Sayan, Murad Boz, Mustafa Ceceli, Tuba Büyüküstün və digərləri Prezident Rəcəb Tayyip Ərdoğana müraciət edərək bu sahənin fəaliyyətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər. Qeyd ediblər ki, musiqiçilər işsizlikdən intihar edir, verilən qərarlar zamanı onlar görməzlikdən gəlinir.
Müğənni Hakan Altuğ isə etirazını sərt bir şəkildə ifadə edib. O, ud musiqi alətinin tellərini qayçı ilə kəsdiyi anın görüntülərini instaqram səhifəsində paylaşaraq "başa sala bildim?", - deyə yazıb.
Xatırladaq ki, Türkiyədə mayın 31-də mərhələli şəkildə normallaşma planı açıqlanıb və siyahıya musiqi sektoru daxil edilməyib.