Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin qızının toyu ikinci dəfə təxirə düşdü - SƏBƏB

Xalq artistinin qızının toyu ikinci dəfə təxirə düşdü - SƏBƏB

Tarix: 2 Iyun 2021 14:55

Xalq artisti Mələkxanım Əyyubova sosial şəbəkədə rəssam qızı Nəzrinlə şəkillərini paylaşıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, xanəndə paylaşımına "Arzu edirəm ki, bütün uşaqlar sülh və əmin-amanlıq içində xoşbəxt yaşasınlar", - sözlərini əlavə edib.

Qeyd edək ki, M.Əyyubovanının qızının toyu ikinci dəfə təxirə salınıb. Birinci dəfə aprel üçün nəzərdə tutulan mərasim, daha sonra iyunun 3-nə ertələnib. Lakin karantin dövrü uzadıldığından toy üçün yeni tarix müəyyənləşdirilməyib.

Xanəndə qızının ailə qurması barədə danışan zaman bu sözləri demişdi: "Allah bilən məsləhətdir. Nə vaxt Allaz izn verər, onda da edərik. Kürəkənim ürəyimcədir. Oğlumun 15 illik dostudur. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Onun valideynləri ilə tanışlığımız da var idi. Münasibətləri birdən-birə oldu.

Bəxt və şansdır. Görür, sevir və xoşbəxt ailə olur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır".


Etiketlər:  Xalq artistinin qızının toyu ikinci dəfə təxirə düşdü SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ