Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qəza törətdi, hadisə yerindən qaçdı - FOTO

Bakıda qəza törətdi, hadisə yerindən qaçdı - FOTO

Tarix: 3 Iyun 2021 08:38

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Cavid Məmmədov idarə etdiyi "Ravon" markalı avtomobillə hərəkətdə olan zaman ona naməlum markalı maşın çırpılıb. Qəza zamanı "Ravon" prospektin yol ayırıcı hissəsinə dəyib. Nəticədə sürücü xəsarət alıb. Qəzanı törədən naməlum avtomobil isə ərazidən uzaqlaşıb.

Milli.Az


Etiketlər:  Bakıda qəza törətdi hadisə yerindən qaçdı FOTO


RƏYLƏR