Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sədərək''dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib - RƏSMİ

''Sədərək''dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib - RƏSMİ

Tarix: 5 Avqust 2019 09:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəstəxanaya müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onların 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb:

"10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Halar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sədərəkdəki yanğınla əlaqədar nəfər xəstəxanaya müraciət edib RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ