Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 10:24
Meksikadakı narkokartellərin muzdlu qatilləri amansızlıqları və qəddarlıqları ilə dünyada məşhurdur.
Sonxeber.net bildirir ki, "sicario" adlanan bu mafiozlar arasında sosial şəbəkələrdəki profillərində əməlləri və silahları ilə qürrələnmək dəbdir.
Meksikanın Halisko ştatındakı "Yeni Halisko" narkokartelində "sicario"lar olan üç qardaş TikTok-da canlı yayım edərək qürrələnmək fikrinə düşmüşdülər.
Onlar əllərindəki silahları yelləyərək rəqib "Zetas" kartelini hədələyərkən qapı döyülüb, nənə otağa girib.
Qəzəblənmiş nənə başmaqla nəvələrini döyüb.