Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftin qiyməti 70 dolları keçdi - Ölkəmizə necə təsir edəcək? - VİDEO

Neftin qiyməti 70 dolları keçdi -  Ölkəmizə necə təsir edəcək? - VİDEO

Tarix: 3 Iyun 2021 12:00

Ötən aylarla müqayisədə dünya bazarında neftin qiyməti psixoloji həddi keçib. Qara qızılın qiyməti 70 dollardan artıq olub. Ekspertlər dünya bazarında  neftin qiymətinin yüksəlməsinə əsas səbəb kimi koronavirus infeksiyası ilə bağlı sərt karantin rejimimin götürülməsini və peyvəndlənmə proesesinin artırılmasını göstərirlər. Bəs neftin qiymətinin artması ölkəmizə necə təsir edəcək? Mövzunu  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban şərh edib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, dünya bazarında neftin qiyməti artaraq 70 dolları keçib.OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib.

Bazarda "Azeri Light" markalı neftin 1 barelə olan qiyməti 0,9 ABŞ dolları və ya 129% artaraq 70,57 dollar təşkil edib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  bazarda neftin qiymətinin birdən-birə artaraq 70 dolları keçməsini bir neçə səbəblə izzah edir.Onun sözlərinə görə,neftin qiymətinin yüksəlməsinin əsas səbəblərindən biri də neft ixrac edən əksər öləkələrin COVID 19 pandemiyası ilə bağlı karantin qaydalarının yumşaldılması səbəbindən enerjiyə olan təlabatın artması ilə bağlıdır.Bundan başqa ,ölkələrdə vaksinasiya prosesinin sürətlənməsi enerjiyə olan tələbatı artırıb.

İlham Şaban deyir ki, Hindistanın koronavirusla bağlı yaşadığı təlatümün geridə qalması da neftin qiymətinin artmasına təssir edir.Bəs dünya bazarında neftin qiymətinin artması Azərbaycana necə təssir edəcək?İlham Şaban qeyd etdi ki, Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir.

Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da müstəsna rol oynacaq.Mütəxəssislər dünyada Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağını qeyd edirlər.


Etiketlər:  Neftin qiyməti dolları keçdi Ölkəmizə necə təsir edəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ