Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kumanla bağlı qərar - Laporta açıqladı

Kumanla bağlı qərar -  Laporta açıqladı

Tarix: 3 Iyun 2021 21:44

"Barselona"nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumanın klubdakı gələcəyinə aydınlıq gətirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında niderlandlı mütəəxəssisin yeni mövsümdə də komandanı çalışdıracağını bildirib. Daha əvvəl İspaniya mətbuatı 58 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanacağını yazmışdı.

Qeyd edək ki, Kuman 2020-ci ilin avqustundan komanaya rəhbərlik edir. Onun Kataloniya klubu ilə gələn ilin yayına qədərə müqaviləsi olsa da, istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.


Etiketlər:  Kumanla bağlı qərar Laporta açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ