Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonu 8 dəqiqə ərzində tamamilə enerji ilə doldurmaq mümkün olub

Smartfonu 8 dəqiqə ərzində tamamilə enerji ilə doldurmaq mümkün olub

Tarix: 3 Iyun 2021 23:04

Çinin "Xiaomi" şirkəti tərəfindən təqdim edilmiş yeni sürətli enerjidoldurma texnologiyasının köməyilə smartfonu bir neçə dəqiqə ərzində şarj etmək mümkündür.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "HyperCharge" texnologiyası simli və simsiz variantda əlçatandır. 200 vatt gücündə birinci variant 400 milliamper/saat tutumunda akkumulyatora malik smartfonu 8 dəqiqə ərzində 100% enerji ilə doldurmaq qabiliyyətinə malikdir.

120 vatt gücündə simsiz variantın iş prosesi "Mi 11 Pro" smartfonunun xüsusi modifikasiyası üzərində nümayiş etdirilib. Telefon 7 dəqiqə ərzində 50%-dək, 15 dəqiqəyə isə 100% enerji ilə şarj edilib.


Etiketlər:  Smartfonu dəqiqə ərzində tamamilə enerji ilə doldurmaq mümkün olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ