Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 03:16
Suriya Prezidenti Bəşər Əsəd yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Haddad bildirib.
Onun sözlərinə görə, Suriya Prezidentinə Rusiyanın istehsal etdiyi "Sputnik V" peyvəndi vurulub.
Səfir qeyd edib ki, "Sputnik V" peyvəndi artıq Suriyada istifadəsinin üçüncü mərhələsindədir. Diplomat vurğulayıb ki, ilk mərhələdə ölkənin həkimləri və yüksək vəzifəli şəxsləri peyvənd olunub.