Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 11:44
Bakı. Trend:
Əfqanıstanın Qəndahar əyalətində yoxlama-nəzarət məntəqəsinə silahlı hücum olub.
Trend-in məlumatına görə, insident nəticəsində ən azı 7 polis həlak olub. Səhər saatlarında baş vermiş hücum zamanı yaralanan polislərin də olduğu qeyd edilir.
“Taliban” hərəkatı bu insidentə görə məsuliyyəti öz üzərində götürüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin