Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 13:20
İyunun 6-da Ukrayna Prezidenti Vladimir Zelenski KİV nümayəndələri ilə təbiətdə qeyri-rəsmi görüş keçirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hər il bu tarixdə Ukraynada Jurnalistlər günü qeyd olunur.
"Jurnalistlərin peşə bayramı ərəfəsində onlarla gün keçirdim. Bu dəfə - öz əllərimizlə hazırladığımız kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabusuz söhbət, kəskin suallar və mənim dürüst cavablarım. Belə görüşlərin artıq yaxşı ənənəyə çevrilməsi xoşdur", - Zelenski instaqram səhifəsində yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti bir il əvvəl də analoji görüş keçirib. Onda Prezident və media işçiləri velosiped sürmüşdülər.