Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dəhşətli hadisə: yaralılar var - Hadisə yerindən fotolar

Azərbaycanda dəhşətli hadisə: yaralılar var - Hadisə yerindən fotolar

Tarix: 6 Iyun 2021 20:16

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "Rang Rover" markalı minik maşınları toqquşub. Qəza zamanı "Vaz 2106" markalı maşının sürücüsü 2000-ci il təvəllüdlü İsmayıl Orxan Mehdi oğlu və "Rang Rover"in sürücüsü 2000-ci il təvəllüdlü Mehralıyev Cavid İsgəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. Daha bir sərnişinin də xəsarət aldığı bildirilir. Onun adı dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycanda dəhşətli hadisə yaralılar var Hadisə yerindən fotolar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ