Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 20:38
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir nəzərdə tutulur.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 2500 manatdan çox olan məbləğin 25 faizi məbləğində gəlir vergisi tutulur.
Həmçinin fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30 min manatadək olduqda isə 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.