Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağadadaş Ağayevdən XƏBƏR VAR - Onun üçün dua edək - FOTO

Ağadadaş Ağayevdən XƏBƏR VAR - Onun üçün dua edək - FOTO

Tarix: 7 Iyun 2021 18:10

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

Sonxeber.net xəbər verir ki, müğənni sabah yenidən əməliyyat olunacaq. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

Aparıcı və xeyirəçi Hacı Nuran Ağadadaş Ağayevlə yeni fotolarını paylaşaraq yazıb:

"07.06.2021, Türkiyə. Dostlarımın mənim üçün nə qədər dəyərli olduğunu hamı yaxşı bilir. Onların uğuru öz uğurum, kədəri kədərimdir. Harada olsam da ürəyim yanlarındadır. Elə Ağadadaş Ağayevin anında olduğu kimi. İnanın səmimiyyətimə, bu dəqiqə qəlbim onun yanındadır. Çünki sabah mənim qardaşım yenidən əməliyyat olunacaq. Düz 1 ay onun yanında oldum. Bu, mənim bir vəfa borcum idi. Ağadadaşın həyat eşqi məndə sözün həqiqi mənasında böyük təəssüb doğurdu. Əslində, mənim də o xəstəliklə mücadilə apardığımı hamı bilir. Və hətta mən belə onun qədər həyat dolu deyildim. İstanbulda olduğum ərəfədə ona baş çəkmədiyim gün yox idi və hər dəfə də Ağadadaş məni musiqi ilə qarşılayırdı. Mənə elə gəlirdi ki, onun motivasiyası da elə musiqi idi. Sabah mənim qardaşım yenidən əməliyyat masasına uzanacaq. Ötən əməliyyat düz 5 saat çəkmişdi vəə Ağadadaş Ağayev üçün nəinki mən, doğmaları, ailəsi, dostları, bütün Azərbaycan xalqı dua etdi. Qardaşımın yenə dualarımıza ehtiyacı var. Biz yenə onun üçün Tanrıya əl açmalıyıq, hər ağızda bir dua var axı, DUA EDƏK! İnanıram yenə möcüzə olacağına. İnanıram ki, sənətkar qardaşım bu dəfə də əməliyyatdan alnıaçıq, salamat çıxacaq, həyatın bütün sınaqlarından çıxdığı kimi. Əziz qardaşım, tez sağal. Səhnəmiz sənsiz olmasın".

Məhəmməd Vaqif


Etiketlər:  Ağadadaş Ağayevdən XƏBƏR Onun üçün edək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ