Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Whatsapp-da yeni funksiyalar məlum olub

Whatsapp-da yeni funksiyalar məlum olub

Tarix: 7 Iyun 2021 19:48

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir istifadəçi hesabına dörd müxtəlif cihazı qoşmaq mümkün olacaq. Bununla yanaşı tərtibatçılar avtomatik silinən mesajların funksionallıqlarını da genişləndirəcəklər. Mark Zuckerberg öz müsahibəsində bildirib ki, messencerin bir neçə cihazda çalışması imkanı yaxın zamanda istifadəçilərə təqdim olunacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iPad planşetləri üçün Whatsapp-ın xüsusi versiyası üzərində də işlər gedir.

Messencerin tərtibatçılar komandası avtomatik silinən mesajlar funksiyasını genişləndirmək niyyətindədir. Belə ki, onlar avtomatik olaraq silinən foto və videoları da reallaşdırmağı hədəfləyiblər. Bununla belə bu funksiya Instagram-da reallaşdırılmış avtomatik silinmə funksiyasına bənzəyərəcək. Yəni avtomatik silinmədən öncə fotonu əldə edəcək şəxs ona bir dəfə baxa biləcək. Bu yeni funksiyalar yaxın 1-2 ay ərzində Whatsapp-ın ictimai beta versiyasında istifadəyə verilməlidirlər.

Milli.Az


Etiketlər:  Whatsapp da yeni funksiyalar məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ