Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu çağırışçılara 3 ay möhlət veriləcək - QƏRAR

Bu çağırışçılara 3 ay möhlət veriləcək - QƏRAR

Tarix: 7 Iyun 2021 23:44

Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara üç ay müddətinə möhlət hüququ verilir.

Qeyd ediləni nəzərə alaraq aşağıdakı dəyişikliklər edilib:

Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının  və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.

Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.


Etiketlər:  çağırışçılara möhlət veriləcək QƏRAR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ