Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 21:16
"Qualcomm" şirkəti "Wi-Fi 7" simsiz rabitə standartı (802.11be) ilə bağlı texnologiyalar hazırlayır. Şirkət rəhbərliyinin sözlərinə görə, yeni standart əsasında hazır məhsullar yaxın illərdə təqdim ediləcək.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Qualcomm"un baş vitse-prezidenti Rahul Patelin sözlərinə görə, şirkət "Wi-Fi 6" texnologiyaları əsasında smartfon, kompüter, marşrutlayıcı və digər avadanlıqlar üçün həllərin buraxılışında böyük təcrübəyə malikdir, yeni "Wi-Fi 6E" standartı əsasında məhsullar isə ötən ilin ikinci yarısından buraxılır.
Şirkət nümayəndəsi bildirib ki, yeni "Wi-Fi 7" texnologiyası radiotezlik spektrlərini kombinə edərək "Wi-Fi 6" ilə müqayisədə iki dəfə çox məlumat ötürmə sürətini təmin edəcək. Yeni "Wi-Fi" texnologiyasının yaxın iki ildə tətbiqi planlaşdırılır. "Qualcomm" təmsilçisinin sözlərinə görə, şirkət əvvəlki standartlı simsiz prosessorlardan istifadə edən qurğularla keyfiyyətli əks-uyğunluğu təmin edəcək.
Qeyd edək ki, "Wi-Fi 7" standartının mənimsənilməsi üzrə işləmələri digər istehsalçılar da hazırlayır.