Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 11:40
Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 34 yaşlı Namiq Ələkbərovun həyat yoldaşı Türkan Ələkbərovanı mütəmadi olaraq işgəncələrə məruz qoyduğu bildirilir. Türkan Ələkbərova davamlı ölümlə təhdid edildiyi üçün evdən qaçaraq ata evinə sığınıb.
Hadisə zamanı Namiq qayınatası, 61 yaşlı Eldar Bağırovun yaşadığı ünvana gələrək, elektrik enerjisini sayğacdan ayırıb və dostu ilə birlikdə kişinin mənzildən çıxmasını gözləyib. Elə hər şey bundan sonra baş verib.
Namiq Ələkbərov qayınatası Eldar Bağırovun baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirərək onu xəstəxanalıq edib.
Qayınatasına ağır zərbələr endirən kürəkən daha sonra qayınanasına da hücum çəkib.
Xəstəxanaya çatdırılan 61 yaşlı kişi dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Namiq Ələkbərov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, Eldar Bağırov hazırda Sumqayıt şəhəri 18 saylı məktəbdə riyaziyyat müəllimi işləyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: