Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şuşadakı məktəblə bağlı nəyə ehtiyac olarsa, hamısı qarşılanacaq - Türk nazirdən önəmli açıqlama

Tarix: 9 Iyun 2021 12:36

Bəlli olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində qardaş ölkə tərəfindən təklif edilən bir hədiyyə kimi məktəbin təməlqoyma mərasiminin keçirilməsi proqramda əksini tapıb. Həmin məktəbin fəaliyyət istiqaməti müəyyənləşdirilibmi? Həmin məktəbdə tədris kimlər tərəfindən təşkil ediləcək?

Milli.Az xəbər verir ki, bununla bağlı "report"un suallarını cavablandıran Türkiyənin milli təhsil naziri Ziya Selçuk bildirib ki, "məktəblə bağlı nəyə ehtiyac olarsa hamısı qarşılanacaq. Bəzi dərslərin Türkiyədən gələn və ya Türkiyədə təhsil almış müəllimlər tərəfindən keçirilməsi nəzərdə tutulub. Bəzi dərslərin isə azərbaycanlı müəllimlər tərəfindən tədris olunması planlaşdırılır. Birlikdə bəzi layihələr həyata keçirmək və ortaq dərs keçmək arzusu da var".

Milli.Az


Etiketlər:  Şuşadakı məktəblə bağlı nəyə ehtiyac olarsa hamısı qarşılanacaq Türk nazirdən önəmli açıqlama


RƏYLƏR