Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 17:06
İyunun 4-də Kəlbəcər rayonunda xidməti fəaliyyətlərini yerinə yetirərkən ermənilər tərəfindən basdırılan minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.
Sonxeber.net AzTV-yə istinadən xəbər verir ki, onların adları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.
Şəhidlərimizin ruhuna "Quran" oxunub, daha sonra ehsan verilib.
Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.