Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 11:18
Albaniya parlamenti ölkə prezidenti İlir Metanın impiçmentini elan edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Assoşeyted Press" yayıb. Ölkə liderinin konstitusiyanı pozduğu üçün vəzifədən uzaqlaşdırılması barədə qərar verildiyi bildirilib.
Prezidentin impiçmentinin lehinə 104 deputat, əleyhinə isə 7 nəfər səs verib.
Bununla belə prezidentin vəzifədən uzaqlaşdırılması barədə yekun qərarı Konstitusiya Məhkəməsinin verəcəyi bildirilib. Bunun üçün Konstitusiya Məhkəməsinin 3 ay vaxtı var.