Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 23:38
Koronavirus pandemiyası Gürcüstan iqtisadiyyatına böyük ziyan vurub. 2020-2021-ci illərdə COVID-19 pandemiyası Gürcüstan büdcəsinə 7,2 milyard lariyə (2,3 milyard ABŞ dolları) başa gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili parlamentdə "nazir saatı" formatında çıxışında deyib. O deyib ki, iqtisadiyyatın azalması büdcə gəlirlərinə ciddi mənfi təsir edib. Səhiyyə sektoruna yönələn xərclər əvvəlcə nəzərdə tutulduğundan 0,9 milyard lari artıb. Biznesin dəstəklənməsi proqramlarının həcmi 3 milyard lari, vətəndaşların sosial müdafiəsi tədbirlərinə 1,3 milyard lari yönəldilib.
Nazir qeyd edib ki, 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər planlaşdırılır. May ayı üzrə iqtisadi artımın yekunlarının təhlili əsasında builki büdcəyə dəyişikliklər hazırlanacaq. Əsas məqsəd makroiqtisadi sabitlik və iqtisadiyyatın bərpasına yönələn mühüm addımların atılmasından ibarət olacaq.