Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankarada maşınlar suyun altında qalıb - VİDEO

Ankarada maşınlar suyun altında qalıb - VİDEO

Tarix: 12 Iyun 2021 11:36

Ankarada davam edən güclü leysan yağışları xüsusilə Sincan rayonunda küçə və yolların su basmasına səbəb olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, dünən günorta saatlarından etibarən başlayan leysan yağışları hələ də davam edir.

Sincan rayonunda yaranan sel və daşqınlar nəticəsində dayanacaqları su basıb, çoxlu sayda avtomobil su altında qalıb. ​Bir çox binanın giriş mərtəbələri və zirzəmilərinə də su dolub. Bəzi yol və körpülər nəqliyyata bağlanıb.

Vətəndaşlar öz imkanları ilə suyu boşaltmağa çalışıb. Bələdiyyə qrupları da rayonda suyun boşaldılması üçün işlərə başlayıb.


Etiketlər:  Ankarada maşınlar suyun altında qalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ