Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 21:06
Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib.