Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda itkin düşən gəncin meyiti çayda tapılıb

Qaxda itkin düşən gəncin meyiti çayda tapılıb

Tarix: 12 Iyun 2021 22:02

Qax rayonunda bir-neçə gün əvvəl itkin düşən 26 yaşlı gəncin meyiti çayda tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, E. Hüseynov bir-neçə gün əvvəl ailə üzvləri ilə birlikdə İlisu kənd inzibati ərazisində dağlıq ərazidə yerləşən İlisu hamamına gediblər. Həmin vaxt isə ərazidə qeyri-sabit hava şəraiti olub, dağlara yağan güclü leysan yağışı səbəbindən Kürmük çayında qısa müddətli sel keçib. Ehtimala görə, E. Hüseynov çaya düşərək boğularaq ölüb. E. Hüseynovun meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qaxda itkin düşən gəncin meyiti çayda tapılıb


RƏYLƏR