Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 13:04
Bakı. Trend:
“Mançester Yunayted” uzun müddətdir danışıq apardığı Harri Maquayrın transferini reallaşdırıb.
Trend-in məlumatına görə, “Qırmızı şeytanlar” "Lester"in müdafiəçisini 80 milyon funt-sterlinqə (təqribən 87 milyon avro) alıblar. Müdafiəçi ilə 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Maquayr dünyanın ən bahalı müdafiəçisi kimi futbol tarixinə düşüb. Buna qədər rekord "Liverpul"un müdafiəçisi Vircil van Deykə məxsus idi. Mersisaydlılar hollandiyalı futbolçunu 2018-ci ildə "Southempton"dan 82 milyon avroya transfer etmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin