Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 15:02
Kollektor drenlər lildən təmizlənir, hidrotexniki qurğular təmir olunur
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Beyləqan rayonunda əkin sahələrinin münbitliyi və torpaq qatının şoranlaşmadan qorunması üçün kollektor drenlər lildən təmizlənir, hidrotexniki qurğular təmir olunur.
Su keçidi yenisi ilə əvəz edilir ki, buda 100 hektardan çox ərazidə şoranlaşmanın qarşısını alacaq. Hazırda Çəmənli kəndi ərazisindən keçən D-1 kanalında görülən təmir işləri 100 hektardan çox sahədə əkin torpaqlarının şoranlaşmasını önləyəcək. Təmir olunan su ötürücü qurğular həmdə körpü rolunu oynayacaq ki, bu da Çəmənli kəndindən əkin sahələrinə gediş gəlişin yaxşılaşmasına imkan yaradacaq.
Beyləqan Rayon Meliorasiya İdarəsi Beyləqanla və Füzuli rayonlarında 46802 hektar əkin sahəsinə 1656 km kollektor dren şəbəkəsi və onlar üzərində mövcüd olan 1500 ədəd hidrotexniki qurğu ilə xidmət göstərir. Cari ildə meliorativ tədbirlərin yaxşılaşdırılması məqsədi ilə 15 ədəd hidro texniki qurğu cari təmir olunub və 110 km kollektor dren sistemi lildən təmizlənib.
Cari ildə 2 ədəd hidrotexniki qurğunun əsaslı təmiri nəzərdə tutulub onlardan biri Füzuli rayonu Böyük Bəhmənlidə su keçirici qurğu, digəri isə Beyləqan rayonu ərazisində yerləşən K-1-1 kollektoru üzərindəki dukerdir.