Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 15:20
"Dəstəyinizə görə çox sağ olun: bu mən və ailəm üçün çox şey deməkdir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen tvitter səhifəsində yazıb.
AVRO-2020-nin Finlandiyaya qarşı keçirilən ilk oyununda huşunu itirərək yerə yıxılan və bir müddət ürəyi dayanan ulduz futbolçunu həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.
Hazırda xəstəxanada müayinə olunan Danimarka yığmasının aparıcı futbolçusu paylaşımında özünü daha yaxşı hiss etdiyini yazıb: "Xəstəxanada hələ bir neçə müayinədən keçməliyəm, amma özümü yaxşı hiss edirəm. İndi növbəti matçlarda komandamıza azarkeşlik edəcəyəm. Danimarka kimi oynayın!".