Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azarkeşlərə Türkiyə və Azərbaycan bayraqları veriləcək

Azarkeşlərə Türkiyə və Azərbaycan bayraqları veriləcək

Tarix: 15 Iyun 2021 23:34

"Millimizin Bakı Olimpiya Stadionundakı məşqini izlədik. Ardınca otelə yollanıb Cüneyt Çakırın idarə etdiyi Macarıstan - Portuqaliya matçına baxdıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir deyib.

Qurum başçısı Türkiyə millisinin Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçiriləcək matç barədə də danışıb: "Üç gündür burdayıq. 30 min azarkeşin Türkiyəni dəstəkləyəcəyini düşünürəm. Stadiona daxil olan hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik. Yığmamıza böyük dəstək olacaq. Komandamız yaxşı futbol oynayacaq. Azərbaycanlı qardaşlarımızla birlikdə komandamıza dəstək verib yaxşı nəticə qazanacağımıza ümid edirəm".

Qeyd edək ki, Türkiyə millisinin Uelslə oyunu saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Azarkeşlərə Türkiyə Azərbaycan bayraqları veriləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR