Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo 20 milyona “yox” dedi

Ronaldo 20 milyona “yox” dedi

Tarix: 16 Iyun 2021 13:08

AVRO-2020-yə Macarıstana qarşı dublla start götürən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dərhal transfer təklifi alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  sabiq klubu "Mançester Yunayted" yenidən 36 yaşlı forvardı qaytarmaq fikrinə düşüb.

"Qırmızı şeytanlar" "Yuventus"un qolçusuna illik 20 milyon avro maaş təklif edib. Lakin "qoca sinyora"da gələcək taleyi qeyri-müəyyən olan superulduz dərhal təklifi rədd edib. O, "Mançester Yunayted"də yox, PSJ-də oynamaq arzusundadır.

Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqavilə müddəti gələn ilin yayına qədərdir. O, Turin klubunda ilinə 32 milyon avro qazanır. 

Milli.Az


Etiketlər:  Ronaldo milyona dedi


RƏYLƏR