Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 16:40
"Səbail"in futbolçusu Maykl Essyen gələcəyi ilə bağlı danışıb.
Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, o, gələcəkdə Cənubi Afrika Respublikasının (CAR) Premyer Liqasında oynaya biləcəyini söyləyib: "CAR çempionatı pis deyil, bura gəlmək istəyərəm. Heç vaxt "heç vaxt" deməməlisən. Seçimləri açıq saxlayıram".
36 yaşlı yarımmüdafiəçi karyerasını bitirməyi düşünmədiyini də söyləyib: Futbolu sevirəm. Bütün həyatım boyu futbol oynamışam. Buna görə hazırda karyeramı bitirmək barədə düşünmürəm".
Qeyd edək ki, Essyen bu ilin martında "Səbail"lə 1.5 illik müqavilə imzalayıb.