Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 02:35
Model Çağla Şıkel bu yayı Çeşmədə keçirmək qərarı alıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, pandemiyaya görə səyahət edə bilməyəcəyini bildirən model ev kirayələmək qərarına gəlib.
O, övladları, anası, xalası və uşaqları ilə birlikdə qala biləcəyi villa tutub. 4 ay üçün Çağla evə 250 min lirə (49 min manat) ödəyib.
İllərdir hər yay Bodruma gedən Şıkel oradakı evinə getməmək qərarına gəlib. Buna səbəb isə onun Bodrumdakı evinin balaca olmasıdır. Böyük ailəsi ilə dincəlmək istəyən model çıxış yolunu ev kirayələmdə görüb.