Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 08:10
ABŞ Federal Ehtiyat Sistemi (FES) iyun ayı üzrə keçirilmiş iclasdan sonra baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun yaydığı sənəddə deyilir.
Qərar əksər analitiklərin də proqnozlarına uyğun gəlib.
Qeyd edək ki, tənzimləyici 2020-ci ilin mart ayında plandan kənar faiz dərəcəsini iki dəfə illik 0-0,25% səviyyəsinə endirəndən bəri bu göstəricini artıq onuncu dəfədir ki, dəyişməz olaraq saxlayır. FES faiz dərəcəsini koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq azaltmağa qərar verib.